Gəncədə 4 nəfər dəm qazından zəhərlənib
    • 19-02-2024, 21:56
    • 141

Gəncədə 4 nəfər dəm qazından zəhərlənib


Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

News24.az bildirir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən evlərin birində baş verib.

Mənzildə olan 2015-ci il təvəllüdlü Zəhra Qasımova, 2016-cı il təvəllüdlü Həsən Qasımov, 2011-ci il təvəllüdlü Məryam Qasımova və 2010-cu il təvəllüdlü Məryam Qasımova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə onlar dəm qazından zəhərlənib.