-
- 20-02-2024, 20:51
- 438
Əsrlər sonra üzə çıxdı - Piramidaların sirri çözüldü
Əsrlərdir Misir piramidaları dünyanın möcüzələrindən biri hesab olunur. Elm adamları hələ də onların e.ə. III minillikdə qumlu səhranın ortasında necə inşa edildiyini müzakirə edirlər.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, piramidalar bir neçə ton ağırlığında nəhəng bloklardan tikilib, bu böyük daşların bir-birilərinin üzərinə necə qoyulması haqda isə yekdil fikir yoxdur.
Necə oldu ki, qədim misirlilər bu qədər təmiz finişə nail ola biliblər? Bu daşlar uzaqda yerləşən karxanalardan tikinti sahəsinə necə daşınıb? Misirlilərin bu tapmacalarının hələ də bir izahı yoxdur. Amma elm adamlarından biri ağlabatan bir versiya irəli sürüb.
Peyk şəkilləri piramidaların ərazisində itmiş, üzəri qumla örtülmüş qədim çay yatağının yerini tapmağa kömək edib. Bu, sadəcə Nilin bir qolu deyildi, geniş, bolsulu olduğu ehtimal edilən çay idi. Elm adamı Eman Qoneym bu fərziyyənin doğruluğuna inanır. Onun sözlərinə görə, Nilin bu böyük qolu Giza şəhərindən keçərək kəndlilərə əkin sahələrini suvarmağa kömək edib.
Zaman keçdikcə çay yatağı quruyub, elm adamlar ona “piramidanın qolu” kimi tərcümə olunan “Əhramat” adını veriblər. Tədqiqatçılara görə, bu qeyb olmuş çay zamanında fironların məzarları üçün həmin blokları daşımaq üçün su nəqliyyat arteriyası rolunu oynayıb. Çayın ümumi uzunluğu 100 km-ə çatıb, elm adamlarının fikrincə, çay yatağı dolama olub, 38 piramidanın hamısının yanından keçib.
Piramidalar çayın yaxınlığında planlı şəkildə tikilib, yoxsa qədim inşaatçılar çayın məcrasını öz tikinti planlarına uyğunlaşdırıblar? Bu sualın cavabı araşdırmanın növbəti mərhələsində məlum olacaq.