Bakıda məktəb YANIR
    • 21-02-2024, 10:40
    • 149

Bakıda məktəb YANIR

Bakıda məktəbin ərazisində yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir yanğın Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 17 saylı tam orta məktəbin ərazisində qeydə alınıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən qüvvələri cəlb olunub. Yanğının qarşısını almaq üçün tədbirlər görülür.