-
- 21-02-2024, 11:29
- 337
Bakıda ruhi dispanserdə xəstə öldürülüb? - ARAŞDIRMA
Bakının Maştağa qəsəbəsində yerləşən psixiatrik xəstəxanada ölüm hadisəsi olub.
News24.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Yayılan məlumatda iddia olunur ki, orada işləyən qadın yemək zamanı 17 yaşlı xəstənin başına zərbə endirib. Nəticədə yemək yeniyetmənin boğazında qalıb və onun ölümünə səbəb olub. Məlumatı paylaşan şəxs bununla bağlı videogörüntülərin də olduğunu bildirib.
Lent.az həmin hadisə ilə bağlı araşdırma aparıb.
Məlum olub ki, hadisə 2023-cü ilin dekabrın 27-də baş verib.
Belə ki, qeyd olunan xəstəxanada müalicə alan, 2006-cı il təvəllüdlü Quliyev Fikrət Elçin oğlu orada dünyasını dəyişib. İlkin səbəb kimi onun boğazında yad cisim qalması göstərilib.
Hazırda faktla bağlı istintaq orqanı tərəfindən araşdırma aparılır. Hadisənin hansı şəraitdə baş verməsi araşdırmaların sonunda məlum olacaq.