Paşinyan Fransaya getdi
    • 21-02-2024, 12:05
    • 152

Paşinyan Fransaya getdi

Ermənistanın baş naziri Nikol Paşinyan xanımı Anna Akopyanla birlikdə Fransaya iki günlük işgüzar səfərə gedib.

News24.az xəbər verir ki, bu barədə “NEWS.am” məlumat yayıb.

Məlumata görə, Paşinyan bu gün Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

Paşinyan həmçinin Fransa Senatının rəhbəri Jerar Larşe, baş nazir Qabriel Attal və Paris meri Ann Hidalqo ilə görüşlər keçirəcək.

Mehriban Mirzəzadə