AZAL-a prezident təyin edilən Samir Rzayev kimdir? - DOSYE
    • 22-02-2024, 17:09
    • 470

AZAL-a prezident təyin edilən Samir Rzayev kimdir? - DOSYE

Prezident İlham Əliyev Samir Musa oğlu Rzayevin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.Samir Rzayevin dosyesini təqdim edirik:

Samir Musa oğlu Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib. Həmin təyinata qədər isə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib. Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini 2003-2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində davam etdib. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.

Ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə məxsus "Azərbaycan Supermarket" MMC-yə bağlı olan “Bravo” supermarketlər şəbəkəsində satış müdiri vəzifəsində çalışıb.

2009-2017-ci illərdə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri işləyib. Ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə məxsus "Azərbaycan Supermarket" MMC-yə bağlı olan “Bravo” supermarketlər şəbəkəsində satış müdüri vəzifəsində çalışıb.

2022-ci ilin fevral ayında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, noyabr ayında AZAL-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinə dəyişiklik edilmişdi. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalamışdı. Qərara əsasən, Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibinə dəyişik edilmişdi. Dəyişikliklə İdarə Heyətinin tərkibi 7 nəfərdən - Cəmiyyətin prezidenti, 2 birinci vitse-prezidenti və 4 vitse-prezidentindən ibarət olub. O vaxta qədər isə İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət idi.