Bakıda restoranda baş verən yanğın söndürülüb - VİDEO
    • 22-02-2024, 21:05
    • 213

Bakıda restoranda baş verən yanğın söndürülüb - VİDEO

Baklda yanğın zamanı təxliyə həyata keçirilməyib.

Bu barədə DYMX Yanğınsöndürmə qərargahının əməliyyat müvəkkili, daxili xidmət polkovnik-leytenantı Ruslan Pirəlizadə APA ya bildirib:

“Saat 19.12-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və yanğınsöndürmə qüvvələrinin idarəetmə mərkəzinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında müxtəlif təyinatlı obyektlərdə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə yanğından mühafizə xidmətinin bölmələri və xüsusi riskli xilasetmə xidmətinin texnikası və şəxsi heyəti cəlb olunub. 4 dəqiqə ərzində yanğınsöndürmə bölmələri hadisə yerinə çatmış və yanğın kəşfiyyatı zamanı məlum olmuşdur ki, yaşayış binasına bitiçik yüngül konstruksiyalı kafe kimi fəaliyyət göstərən 2 obyekt yanıb. Yanğın nəticəsində kafenin biri və artırma hissəsi 90 m2 tam yanıb, ona bitişik kafenin dam örtüyünün 30 m2 yanıb. Yanğın zamanı xəsarət alan olmayıb, təxliyə baş verməyib” – Pirəlizadə qeyd edib.


***


20.14


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kafedə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


***


19.55


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən News24.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.


***


19:49


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək


***


19:49


İzmir küçəsində restoranda baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətdə işlər aparılır.


***

19:19

Bakıda restoranda yanğın başlayıb.

News24.az xəbər verir ki, hadisə "Hyyat Regency" hoteli qarşısında baş verib.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Fövqəlada Hallar Nazirliyindən APA-ya bildirilib ki, Nazirliyin "112"-i qaynar telefon xəttinə Yasamal rayonu, İzmir küçəsində restoranda yanğın baş verməsi ilə bağlı məlumat daxil olub və hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat keçirilir.