-
- 23-02-2024, 10:30
- 201
Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri iş başında - VİDEO
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü tədris ilinin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş və təminedici gəmilər dəstəsinin taktiki təlimi keçirilib.
Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş tapşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər.
İki mərhələdə keçirilən təlimdə üzən gəminin saxlanılması və baxışın keçirilməsi, neft-qaz boru kəməri rayonlarında patrullama fəaliyyətinin icrası, gəmi taktiki qruplarda lövbərdə sualtı diversiya əleyhinə müdafiənin təşkili və birgə üzmə fəaliyyətlərini icra edərək təyin olunmuş rayona dəniz keçidi, düşmənin şərti suüstü və hava hədəflərinin məhv edilməsi üzrə tapşırıqlar icra edilib.
Təlimin əsas məqsədi ərazi sularımızda yarana biləcək təhdid zamanı komandirlərin və qərargah zabitlərinin birgə fəaliyyətlərinin işlənilməsi, eləcə də bölmələrin döyüşdə idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Qeyd edək ki, taktiki təlimə HDQ-nin 26 vahid gəmisi və 450 nəfər şəxsi heyəti cəlb olunub.