Tanınmış aktrisa vəfat etdi
    • 27-02-2024, 17:16
    • 263

Tanınmış aktrisa vəfat etdi

ABŞ-ın ilk "Miss" titulunun sahibi Ceki Lokeri vəfat edib.

News24.az xəbər verir ki, bu barədə onun keçmiş əri Cek Uebbin bioqrafı Den Moyer “The Hollywood Reporter” jurnalına danışıb. 

O, ölüm səbəbi barədə məlumat verməyib.

"O, cümə günü Los-Ancelesdə öldü. O, mənim üçün ana kimi idi",- deyə Moyer bildirib.

Aktrisa 94 yaşında vəfat edib.

Qeyd edək ki, o, 1952-ci ildə ilk Miss USA gözəllik müsabiqəsinin qalibi olub. Aktirsa, Girov (1956), On səkkiz və narahat (1957) və İctimai iş (1962) filmlərində, bundan əlavə, sənətçi NBC, CBS və digər televiziya şirkətlərinin televiziya şoularında rol alıb.

Mehriban Mirzəzadə