-
- 27-02-2024, 17:52
- 192
Aİ ölkələri Kiyevə sursat göndərəcək
Çexiyanın baş naziri Petr Fiala bildirib ki, Avropa İttifaqına (Aİ) üzv olan 15 ölkə Ukraynaya dünyanın hər yerindən sursat tədarükü üçün ölkəsinin rəhbərlik etdiyi təşəbbüsə maliyyə dəstəyi verəcək.
News24.az xəbər verir ki, Fiala mətbuata verdiyi açıqlamada nağd yardım edəcək bəzi ölkələrin adlarını paylaşaraq Hollandiyanın baş naziri Mark Ruttenin 100 milyon avro dəstək vəd etdiyini, Fransa prezidenti Emmanuel Makronun da maliyyə dəstəyi verəcəyini bildirib.
Fiala digər həmkarlarının da sursat tədarükü ilə bağlı başlatılan təşəbbüsü dəstəkləyəcəklərini ona çatdırdıqlarını bildirib.
Digər tərəfdən Fiala, Slovakiyanın baş naziri Robert Fikonun bəzi Aİ və NATO üzvü ölkələrin Ukraynaya əsgər göndərməyi düşündüyü barədə dünən verdiyi açıqlamaya da toxunub.
Fiala bildirib ki, Çexiyadan Ukraynaya heç bir əsgər göndərilməyəcək və ölkədə heç kimin “məcburi hərbi xidmətin yenidən qüvvəyə minməsi ilə bağlı narahatlıq keçirməsinə ehtiyac yoxdur”.
Günel Məlikzadə