“Belə vicdansızlara cəza verilməlidir”
    • 27-02-2024, 22:10
    • 335

“Belə vicdansızlara cəza verilməlidir”

“Ölkəmizdə bunun kimi məsuliyyətsiz sürücülər çoxdur. Hansı ki, onların məsuliyyətsizliyi ucbatından uşaqlar valideynini, ya da ata-analar övladlarını itirirlər”.

News24.az OLAY-a istinadən yazır ki, bu sözləri instaqramda müğənni Zamiq Hüseynov paylaşıb. O, yük maşınından materalın minik avtomobilinin üstündən keçdiyi videonu paylaşaraq bunları qeyd edib:

“Belə vicdansız sürücülərə cəza verilməlidir ki, digərləri bu kimi səhvlərə yol verməsin”.