Nazirlərin görüşü BAŞLADI - YENİLƏNİB - FOTO
    • 28-02-2024, 13:55
    • 229

Nazirlərin görüşü BAŞLADI - YENİLƏNİB - FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşü başlayıb.

News24.az xəbər verir ki, görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş"in müzakirəsi istiqamətində keçirilir.


--------

11:04

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçiriləcək.

News24.az Trend-ə istinadən bildirir ki, görüş almaniyanın paytaxtı Berlində baş tutacaq.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş" layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.

Qeyd edək ki, səfər çərçivəsində Ceyhun Bayramovun Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.