İlk şəffaf ekranlı noutbuk təqdim edildi
    • 28-02-2024, 16:00
    • 416

İlk şəffaf ekranlı noutbuk təqdim edildi

Dünyanın ilk şəffaf ekranlı noutbuku Mobil Dünya Konqresində təqdim edilib. 

News24.az xəbər verir ki, texnologiya şirkəti "Lenovo" İspaniyanın Barselona şəhərində keçirilən Mobil Dünya Konqresində (WMC) dünyanın ilk şəffaf ekranlı noutbukunu təqdim edib. Şirkət bu texnologiyanın yaxın 5 ildə həyatımıza girməyə başlayacağını proqnozlaşdırır.

"ThinkBook Transparent Display Laptop" şəffaf microLED ekranlı dünyanın ilk noutbuku kimi seçilir. Ekran 1000 nit nominal və 3000 nit maksimum parlaqlıq təklif edir. Ekranın arxasındakıların nə etdiyini tam görə bilərsiniz.

İstifadə sahələrinə baxdığımızda "Lenovo" bu şəffaf ekranın həkim məntəqələri və otellər kimi sahələrdə istifadə oluna biləcəyini proqnozlaşdırır. Sistemə daxil edilə bilən kamera sayəsində Artırılmış Reallıq (AR) tətbiqlərinin mümkün olacağı da bildirilib.

Günel Məlikzadə