-
- 28-02-2024, 17:33
- 338
Əməkdar artist yıxıldı, xəstəxanaya yerləşdirildi
Bir müddət əvvəl ölüm xəbəri ilə gündəmə gələn Əməkdar artist Kifayət Gəncəli xəstəxanaya yerləşdirilib.
News24.az bildirir ki, axşam.az-ın məlumatına görə, bu haqda aparıcı Elgiz Əkbər proqramında deyib. O bildirib ki, aktrisa yıxılıb və vəziyyəti pisdir:
"Yıxılıb huşunu itirib. Heç kimi tanımırdı. Neçə gündür komada idi, ayılmırdı. İnsult keçirib, heç kimi tanımırdı. Həkimlə əlaqə saxladıq. Deyirlər ayılıb".