“Buta Palace”ın yaxınlığında QƏZA
    • 29-02-2024, 11:53
    • 163

“Buta Palace”ın yaxınlığında QƏZA

Aeroport şosesi, “Buta Palace”ın yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.