-
- 1-03-2024, 18:50
- 494
Apple-ın 2024-cü il təqvimi ortaya çıxdı
Apple-ın planlaşdırdığı 2024-cü il təqvimi yayılıb. Yeni "iPhone və iPad" modelləri haqqında əvvəlkilərdən çox daha ətraflı məlumatların yer aldığı bu təqvimin texnologiya dünyasında hər şeyi silkələyəcəyini söyləyə bilərik.
News24.az yayılan məlumatlara istinadən xəbər verir ki, bu il güclü "iPad Air" modelinin buraxılacağı gözlənilir. Bu qərarın səbəbi məhsulun aparatında ediləcək təkmilləşdirmələrin istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə artıracağı düşüncəsi olaraq verildi. iPad pərəstişkarlarını çox sevindirən bu xəbərin maliyyə baxımından da məntiqli olduğu ortaya çıxıb.
Təqvimə görə, 2024-cü ildə "iPhone Ultra" modeli olmayacaq kimi görünür. Bəzi iddialara görə, bu model heç vaxt buraxılmayacaq. Markanın ən çox gözlənilən məhsulu olan "iPhone" yenidən əhəmiyyətli avadanlıq təkmilləşdirmələri ilə təklif ediləcək.
Gözlənildiyi kimi, "iPhone 16s" standart "A18" seriyalı çiplərdən istifadə etdiyi halda, pro modelləri eyni seriyanın daha güclü versiyası ilə təchiz olunacaq. İki model arasındakı performans fərqi bəzi insanları narahat edə bilər.
"iPad 11" haqqında gözlənilməz məlumat tapılıb. Müvafiq olaraq, cihaz əvvəlki nəsil kimi eyni A14 Bionic çipi ilə, "iPad" mini isə A17 çipi ilə təchiz ediləcək. Beləliklə, cihazın çox yaxşı bir oyun təcrübəsi təqdim edəcəyi gözlənilir. Bununla belə, 11-ci seriyanın 2024-cü ildə daha yaxşı prosessordan istifadə edəcəyini proqnozlaşdıran bir çox "Apple" pərəstişkarı bu məlumatı tamamilə məntiqsiz hesab etdi.
"M2 ilə iPad Air 2" fərqli modeldə təklif olunacaq. 10,9 düym və 12,9 düym ölçüdə olması gözlənilən bu modellər planşet dünyasında çox şeyi dəyişə bilər. Çox gözlənilən yeni OLED iPad Pro-nun M3 çipinə sahib olacağı deyilir. Amma bu yayılan məlumatların həqiqətən də doğru olub-olmadığını qarşıdakı dövrdə görəcəyik.
Günel Məlikzadə