"Netflix" məşhur adla müqavilə imzaladı
    • 2-03-2024, 13:24
    • 329

"Netflix" məşhur adla müqavilə imzaladı

"Netflix" film bölməsinə rəhbərlik etmək üçün prodüser Den Lin-i tapşırıb. Lin bu ilin əvvəlində vəzifəsini tərk edən Skott Stuberin yerini tutacaq. O, aprelin 1-dən etibarən Netflix-də Filmlər üzrə Prezident olacaq.

News24.az xəbər verir ki, Baş Kino Direktoru kimi Lin Netflix-in qlobal film planına nəzarət edəcək. O, həmçinin şirkətin Baş Məzmun Direktoru Bela Bajariaya hesabat verəcək. Lin, film istehsalı və icraçı rollarda iki onillikdən çox təcrübəsi olan sənayedə görkəmli bir addır.

Qeyd edək ki, Dan Lin 2008-ci ildə Rideback istehsal şirkətini qurub. O, son 15 ildə baş direktor vəzifəsində çalışır. Rideback dünya üzrə 6 milyard dollardan çox gəlir əldə edən blokbaster filmlər istehsal edib.

Günel Məlikzadə