Ailənin 7 üzvü intihar etdi - DƏHŞƏT
    • 31-07-2018, 16:08
    • 1 282

Ailənin 7 üzvü intihar etdi - DƏHŞƏT

Hindistanın şərqində yerləşən Ranchi şəhərində dəhşətli hadisə baş verib.

News24.az xəbər verir ki, 7 nəfərdən ibarət ailənin bütün üzvləri intihar edib. Tavanda asılı qalan 7 nəfərdən ikisi azyaşlı uşaqlardır. 

Ailənin ən yaşlı sakininin 75 yaşında olduğu deyilir. 

Polisin verdiyi məlumata görə, ailə intihar etməzdən qabaq 15 səhifəlik məktub yazıb. Ölümə səbəb ailənin iflası olub. Ailənin  son illər iqtisadi böhran içində yaşadığı bildirilib.
 
Qeyd edək ki, ötən ay oxşar hadisə ölkənin paytaxtı Dehlidə yaşanıb. Burda ailənin 11 üzvü intihar etmişdi. Əlləri və gözləri bağlı olaraq tavanda asılı qalan ailə intihardan əvvəl “Ruhanı qurtuluş” sözlərini yazmışdı.

Elvin Nüsrətoğlu