-
- 5-03-2024, 14:04
- 229
Bələdiyyələrin sayı azaldılacaq - Siyavuş Novruzov
Azərbaycanda 1600-dən artıq bələdiyyə var. Onların 3-də 1-ə qədər azaldılması planlaşdırılır.
News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin (birinci oxunuş)müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, bu, sosial-iqtisadi inkişafa dəstək verəcək: «Bələdiyyələr birləşdikdən sonra onlar öz hesablarına fəaliyyət göstərə biləcək», - deyə deputat fikrini yekunlaşdırıb.
Qumral