10300 manatlıq balıq oğurlayan şəxslər SAXLANILDI
    • 22-04-2019, 11:57
    • 1 148

10300 manatlıq balıq oğurlayan şəxslər SAXLANILDI

Neftçala Rayon Polis Şöbəsinə rayon ərazisindəki balıqçılıq təsərrüfatlarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və aprelin 4-dən 19-dək olan müddətdə oradan 10.300 manat dəyərində 199 ədəd müxtəlif növ balığın oğurlandığı müəyyən edilib. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakinləri A.Əliyev, E.Salmanov və Boyat kənd sakini X.Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.