Furusavanın Qəzzaya səssiz dəstəyi
    • 6-03-2024, 14:56
    • 196

Furusavanın Qəzzaya səssiz dəstəyi

Furusava etiraz etmək üçün paytaxtdakı bəzi məşhur brendlərin mağazalarına, eləcə də ABŞ və İsrailin Tokiodakı səfirlikləri, Yaponiya Xarici İşlər Nazirliyi kimi binalara üstünlük verir.

News24.az xəbər verir ki, gündəlik işindən sonra bu məşhur binaların qarşısına gələn Furusava “Qəzza soyqırımını dayandırın” yazılı pankart qaldırır və boynuna “Atəşkəs” yazılmış pankart asır.

Piyadaların sıx olduğu nöqtələrdə təkbaşına səssizcə gözləyən Furusava şəhər əhalisinin diqqətini Qəzzada baş verən qırğına çəkmək istəyir.

Qar yağışı da daxil olmaqla sərt qış şəraitində belə etirazlarını yarımçıq qoymayan Furusava səssiz nümayişlərindən kadrları sosial media hesabında yayımlayır.

Qeyd edək ki, Kanagavadan olan 48 yaşlı Furusava, dünyanın ən izdihamlı piyada keçidlərindən biri olan Tokionun Şibuya rayonunda nümayişi zamanı AA müxbirinə İsrailin Qəzzanı işğal etməsinə qarşı "səssiz və tənha mövqeyini" söylədi.

Günel Məlikzadə