Səidə “cılız müğənnilər”ə TƏPİNDİ
    • 7-03-2024, 20:22
    • 335

Səidə “cılız müğənnilər”ə TƏPİNDİ

“Axşam yatıb, səhər durub mahnı yazırlar, hamısı da eyni lad üzərində”.

News24.az Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova “Xəzər axşamı” verilişində deyib.

O, sənəti cılızlaşdıran, gecə yatıb, səhər durub mahnı yazan müğənnilərdən danışıraq, nəzərdə tutduğu həmkarlarını yerdən yerə vurub:

“Bizim vaxtımızda sosial şəbəkələr yox idi. İndiki dönəmdə müəyyən cılız insanlar gəlib bu sənəti cılızlaşdırırlar. Axşam yatıb, səhər durub mahnı yazırlar, hamısı da eyni lad üzərində.

Bu mahnıları da tamaşaçıya yedizdirirlər. Ona görə də indiki şou-biznesdə heç nə yoxdur. Yalnız özlərini yaxşı reklam etməyi bilirlər.

Cılız adamlardır, düşüb ortaya danışırlar “ay sənət belə”, “şou-biznes” elə… Ay bala, get öz işinlə məşğul ol, sən kimsən, sənətdən danışırsan?

Ətəyimizi rahat buraxın. Danışmağın xeyri yoxdur. Amma danışmaq lazımdır. Danışıram ki, ağıllı olsunlar”.