-
- 12-03-2024, 11:50
- 315
Azərbaycanda qohum evlilikləri qadağan olunacaq - VİDEO
Əmi, xala uşaqları arasında evlilik qadağan oluna bilər.
News24.az APA-ya istinadla xəbər verir ki, bunu Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov bu gün keçirilən "Qohum nikahları" ilə bağlı ictimai müzakirədə deyib.
O bildirib ki, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur:
"Bu əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir. Burada faktiki vəziyyət göstərir ki, uzun illərdir aparılan maarifləndirmə işlərinə baxmayaraq problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir".