Apple-ın ən sürətli cihazları açıqlandı
    • 12-03-2024, 13:06
    • 315

Apple-ın ən sürətli cihazları açıqlandı

"Apple" keçən il "iPhone 15" də daxil olmaqla ən yeni məhsullarını təqdim etdi. Təbii ki, brendin məhsul çeşidi xeyli genişlənib və buna uyğun olaraq "AnTuTu" kimi platformalar tərəfindən hər ay paylaşılan hesabatlarda əhəmiyyətli dəyişikliklər baş verib. Beləliklə, hazırda istehsalçının ən sürətli cihazları hansılardır? 

News24.az xəbər verir ki, AnTuTu-nun paylaşdığı son siyahıya görə fevral ayının ən sürətli "Apple" məhsulu 2 milyon 167 min 410 xalla 12,9 düymlük "iPad Pro 6" oldu. 

AnTuTu məlumatlarına görə ən sürətli Apple cihazları bunlardır:

  1. iPad Pro 6 (12,9 düym) – Apple M2 prosessoru, 8 GB RAM, 256 GB yaddaş – 2167410 xal
  2. iPad Pro 4 (11 düym) – Apple M2 prosessoru, 8 GB RAM, 128 GB yaddaş – 1981045 xal
  3. iPad Pro 5 (12,9 düym) – Apple M1 prosessoru, 8 GB RAM, 256 GB yaddaş – 1859895 xal
  4. iPad Air 3 (11 düym) – Apple M1 prosessoru, 8 GB RAM, 128 GB yaddaş – 1787294 xal
  5. iPad Air 5 – Apple M1 prosessoru, 8 GB RAM, 256 GB yaddaş – 1709781 xal
  6. iPhone 15 Pro – Apple A17 Pro prosessoru, 8 GB RAM, 256 GB yaddaş – 1521961 xal
  7. iPhone 15 Pro Max – Apple A17 Pro prosessoru, 8 GB RAM, 256 GB yaddaş – 1503542 xal
  8. iPhone 14 Pro – Apple A16 Bionic prosessoru, 6 GB RAM, 256 GB yaddaş – 1434615 xal
  9. iPhone 14 Pro Max – Apple A16 Bionic prosessoru, 6 GB RAM, 256 GB yaddaş – 1427844 xal
  10. iPhone 15 Plus – Apple A16 Bionic prosessoru, 6 GB RAM, 256 GB yaddaş – 1371287 xal

Günel Məlikzadə