-
- 13-03-2024, 11:06
- 563
Bakıda tonqala yıxılan azyaşlıların vəziyyəti necədir? - AÇIQLAMA
Paytaxtın Yasamal rayonunda Yel çərşənbəsində tonqaldan tullanan azyaşlılar toqquşaraq alova yıxılıb və nəticədə xəsarət alıblar.
TƏBİB-dən News24.az-a verilən məlumata görə, hər iki şəxs Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub:
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 12.03.2024-cü il tarixində saat 20:22-də Nizami rayonu, İ.Məmmədov 17 ünvanından və 20:51-də Yasamal rayonu, Şərifzadə küçəsi ünvanından tonqalda xəsarət alma ilə bağlı 2 müraciət daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
Xəsarət alan 4 yaşlı (kişi cinsli) azyaşlı hər iki qolun termiki yanığı, 17 yaşlı (kişi cinsli) şəxs isə hər iki əlin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub".