Ərdoğan İraqa səfər edəcək
    • 13-03-2024, 14:35
    • 119

Ərdoğan İraqa səfər edəcək

Türkiyə Xarici işlər nazirinin müavini Əhməd Yıldız prezident Rəcəb Tayyib Ərdoğanın aprelin sonundan əvvəl İraqa səfər edəcəyini bildirib.

News24.az xəbər verir ki, Yunus Əmrə Bağdad Mədəniyyət Mərkəzi ilə yanaşı Türkiyənin Bağdaddakı səfirliyini də ziyarət edən Yıldız sabah Bağdadda İraq rəsmiləri ilə təmaslara başlayacağını bildirib.

Yıldız, "Sabah İraq Xarici İşlər Nazirliyində həmkarlarımızla görüşlərimiz olacaq, əlaqələrimizi nəzərdən keçirəcəyik. Önümüzdəki dövrdə keçiriləcək nazirlər görüşü və prezidentimizin səfəri üçün hazırlıqlarımızı edəcəyik" dedi. 

Günel Məlikzadə