Bakıda şagird özünü məktəb binasından atdı
    • 14-03-2024, 11:16
    • 1 873

Bakıda şagird özünü məktəb binasından atdı

Bakıda şagird özünü məktəb binasından yerə atıb.

News24.az “Unikal”a istinadla bildirir ki, hadisə ötən gün Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə baş verib.

Belə ki, sözügedən təhsil müəssisəsinin 9-cu sinif şagirdi dərs zamanı özünü məktəbin 2-ci mərtəbəsindən yerə atıb.

Qız uşağı müxtəlif bədən xəsarətləri alıb.

Onun hansı səbəbdən bu addımı atması hələlik məlum deyil.