Xudafərin körpüsü ilə bağlı VACİB XƏBƏR
    • 15-03-2024, 23:30
    • 315

Xudafərin körpüsü ilə bağlı VACİB XƏBƏR

Azərbaycan və İran arasında tarixi Xudafərin körpüsünün bərpası müzakirə edilib.

News24.az xəbər verirr ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Tehranda həmkarım Əli Əkbər Mehrabian ilə iki ölkənin enerji əməkdaşlığının inkişafı ilə bağlı məhdud və geniş tərkibdə səmərəli görüşümüz oldu. Xudafərin və Qız Qalası hidroqovsaqları və su elektrik stansiyasıları, Ordubad SES layihələrinin icrası, Azərbaycan, İran və Rusiya enerji körpüsünün yaradılması, elektrik enerjisinin mübadiləsi, tranziti, habelə tarixi Xudafərin körpüsünün bərpası məsələlərini müzakirə etdik", - deyə o qeyd edib.