Prezident Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Fərman verdi
    • 31-07-2018, 18:56
    • 2 803

Prezident Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Fərman verdi

Prezident İlham Əliyev Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
 
Fərmanla “Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi” təsdiq edilib.
 
Dənizkənarı Bulvar İdarəsində (bundan sonra – Bulvar İdarəsi) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
 
Azərbaycan Respublikasının Prezidentinə:
 
- Bulvar İdarəsinin nizamnaməsinin təsdiqi;
 
- nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
 
- icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
 
- Bulvar İdarəsinin yenidən təşkili və ləğvi.
 
Nazirlər Kabinetinə:
 
- illik maliyyə hesabatlarının təsdiq edilməsi;
 
- təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
 
- xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;
 
Bulvar İdarəsinə:
 
- inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
 
- strukturunun təsdiq edilməsi.
 
Müəyyən edilib ki, Bulvar İdarəsinin nizamnamə fondu 69 059 580 (altmış doqquz milyon əlli doqquz min beş yüz səksən) manatdır.
 
Bulvar İdarəsinin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədi ilə İdarə Heyəti yaradılır.
 
Bulvar İdarəsi İdarə Heyətinin sədrini və onun müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bulvar İdarəsi ilə razılaşdırılmaqla, Dənizkənarı Milli Parkın ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı vahid tələblər konsepsiyasının və müvafiq yenidənqurma (rekonstruksiya) proqramının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
 
Dənizkənarı Bulvar İdarəsi işçilərinin say həddini və əməkhaqlarını bir ay müddətində müəyyənləşdirməlidir.

//APA