Rusiya Odessanı raketlə vurdu
    • 15-03-2024, 20:30
    • 326

Rusiya Odessanı raketlə vurdu

Rusiyanın Ukraynanın Qara dəniz liman şəhəri Odessaya raket hücumu nəticəsində 14 nəfərin həyatını itirdiyi bildirilib.

News24.az xəbər verir ki, həyatını itirənlər arasında tibb işçisi və xilasedicinin olduğu açıqlanıb.

Bölgə qubernatoru Oleq Kiper sosial şəbəkədə verdiyi açıqlamada, "Təəssüf ki, ilk partlayışdan sonra köməyə gələn feldşer və Dövlət Təcili Yardım Xidmətinin əməkdaşı Rusiyanın raket hücumu nəticəsində həlak olub" deyib.

Qubernator Kiper 7-si təcili xidmət işçisi olmaqla 46 nəfərin yaralandığını bildirib.

Ukrayna Baş Qərargahı bu gün səhər verdiyi bəyanatda Rusiyanın gecə saatlarında Xarkov, Donetsk və Poltavaya hücum etdiyini bildirib.

Rusiya da ötən gün Ukraynanın sərhədyanı Belqorod vilayətində helikopterlərlə quruya enməyə cəhd etdiyini və bunun qarşısını aldıqlarını açıqlayıb.

Günel Məlikzadə