-
- 16-03-2024, 16:50
- 279
Təcavüzdə günahkar bilindi
Dünyaca məşhur Cənubi Koreya serialı Squid Game-nin aktyorlarından biri olan O Yeonqsu, cinsi qısnama işində mühakimə olunub.
News24.az xəbər verir ki, 2022-ci ildə açılan iş çərçivəsində məhkəmə 79 yaşlı aktyora 8 ay həbs cəzası verildiyini və cəzasının təxirə salındığını açıqlayıb.
Aktyorun cinsi zorakılıqla bağlı 40 saatlıq təlimə də qatılacağı bildirilirdi. Şəxsiyyəti açıqlanmayan qadın 2017-ci ildə O Yeonqsunun onu zorla qucaqladığını, öpdüyünü, əlindən tutduğunu və otağına girərək çarpayısına uzandığını iddia edib.
Aktyor ittihamları rədd edərək qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Günel Məlikzadə