-
- 16-03-2024, 17:40
- 607
Koronavirus peyvəndi ürəyi qoruyur? Araşdırma
Koronavirus peyvəndlərinin ürək xəstəliklərinə mümkün təsiri sosial mediada müzakirə olunmağa davam edir. Bu iddialara cavab olaraq 20 milyon insanı araşdıran elmi araşdırma nəşr olundu.
News24.az xəbər verir ki, Covid-19 vaksinləri koronavirus xəstəliyinin yaratdığı ürək xəstəlikləri və laxtalanma riskini azaldır.
Hərtərəfli araşdırma "Heart" elmi jurnalında dərc olunub.
İngiltərə, İspaniya və Estoniyadan olan araşdırmaya qatılan 20 milyon insan bir il ərzində izlənilib.
3-6 aydan sonra bu xəstəliyə tutulan peyvənd edilmiş insanlarda ürək çatışmazlığı riski peyvənd olunmayanlara nisbətən 39 faiz, damarlarda laxtalanma riski isə 47 faiz az olub.
Mütəxəssislərin fikrincə, bu nəşr həm də koronavirus peyvəndlərinin infarktları artırdığına dair iddialara cavab olub.
Bildirilir ki, peyvəndin bu xəstəliklərin riskini azaltmasının səbəbi vaksinin koronavirus infeksiyasının şiddətini azaltmasıdır.
Günel Məlikzadə