Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirildi - VİDEO
    • 18-03-2024, 10:16
    • 2 518

Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirildi - VİDEO

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəxanaya yerləşdirilib. 

News24.az axşam.az-a istinadən bildirir ki, bu haqda o, özü məlumat yayıb. Məna xəstəxana otağından video yayımlayaraq "Növbəti açılan yara, həyat davam etmək istəyir" qısa şərhini yazıb. 

O, daha sonra yazılan şərhlərə "İnşallah, hər şey yaxşı olacaq. Haqqınızı halal edin" cavabını verib. 

Qeyd edək ki, N.Məna bir müddət əvvəl oğlunun beynində xoşxassəli şiş aşkarlandığını demişdi.