-
- 18-03-2024, 14:57
- 397
Atasının vəfatından sonra ilk dəfə efirə çıxdı - FOTO
Müğənni Ramal İsrafilov atasını itirəndən sonra ilk dəfə efirə çıxıb.
News24.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi müəllimi, Əməkdar artist Nuriyyə Əhmədova ilə birlikdə "Gündən-günə" proqramına qatılıb. Ramal aparıcı, Əməkdar artist Əkbər Əliyevin "Mələkxanım Eyubovanın yanında olmusan. Biləndəki Nuriyyə xanımdan bəhrələnmişən, təəccübləndim" sözlərinə belə reaksiya verib:
"Nuriyyə xanım ifa edəndə, deyirəm, müəllim dəhşət oxuyur. Mən hər kəsdən bəhrələnirəm".
Qeyd edək ki, Ramalın atası, Xalq artisti Mələkxanım Eyubovanın qardaşı Əliyaqub İsrafilov ötən ilin dekabrında dünyasını dəyişib.