-
- 18-03-2024, 18:58
- 168
Almaniya Putini Rusiya prezidenti adlandırmayacaq
Almaniya Xarici İşlər Nazirliyi Putini Rusiya prezidenti adlandırmayacaq
News24.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
“Rusiyada keçirilən qondarma seçkilər nə azad, nə də ədalətli olub”,- deyə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Kristian Hofman bildirib.
O həmçinin qeyd edib ki, nəticə əvvəlcədən bəlli olub:
“Bu, qeyri-demokratik seçki idi. Orada hədə-qorxu mühiti var idi. Rusiyada söz azadlığı yoxdur. Rusiya və kansler artıq bu barədə danışıb, indi diktaturadır və Vladimir Putinin avtoritar idarəçiliyi altındadır", - Hoffman əlavə edib.
O, işğal olunmuş ərazilərdə səsvermənin keçirilməsini kəskin şəkildə pisləyib.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer Almaniya hakimiyyətinin Putinə prezident və ya hökmdar deyəcəkmi sualına cavab verib: son vaxtlar departament heç bir rəsmi titul olmadan yalnız Putin soyadından istifadə edir.
Mehriban Mirzəzadə