-
- 24-04-2019, 15:20
- 1 364
Azərbaycanda altı barmaqlı uşaq ƏMƏLİYYAT OLUNDU - FOTO
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında əlində əlavə barmaq olan uşaq əməliyyat olunub. Əməliyyatı aparan uşaq cərrahı Vüqar Məhəmmədovun sözlərinə görə, 6 aylıq körpə polidaktiliya xəstəliyindən əziyyət çəkirmiş:
“Polidaktiliya əlavə barmaqların olması xəstəliyidir. Bu uşaqda da baş barmaq tərəfdən sümük formalı polidaktiliya müşahidə olunurdu. Xəstədə əlavə barmağın çıxarılması üçün cərrahiyyə əməliyyatı aparıldı. Ümumi anesteziya altında yarım saata icra olunan əməliyyat zamanı funksiya göstərməyən barmaq xaric edilib”.
Cərrah V. Məhəmmədovun sözlərinə görə, polidaktiliya nadir xəstəlik deyil. Son vaxtlar bu tip diaqnozlara mütəmadi olaraq rast gəlinır. Bu problem ana bətnində keçirilmiş virus xəstəlikləri, inkişaf anomaliyaları ilə əlaqədardır.