“Tünzalə hamının “qanını içir””
    • 22-03-2024, 20:52
    • 234

“Tünzalə hamının “qanını içir””


“Hər məşhur özünə həyat və fəaliyyət yolu seçir. Məşhur var ki, deyir ildə bir albom, bir konsert bəsdir. Ona hobbi kimi baxa bilər. Mən isə başqa cürəm. Bu sənətlə yaşayıram. Mənəvi və maddi yaşayıram. Hər mahnı mənim məhsulum, yaradıcılıq ifadəmdir. Ona görə də çalışıram, mahnılar arasında fasilə çox olmasın”.

News24.az OLAY-a istinadla yazır ki, bu sözləri “İncə səhər” verilişində Xalq artisti Tünzalə Ağayeva deyib. O, kaprizli olduğunu deyənlərdən danışıb:

“Mənim on illik mahnım var. Oturub diktofona yazıram, not yazmaq vaxt aparır. Hər şeyə titiz yanaşıram. İmkan vermərəm ki, mahnı səviyyəsiz olsun. Mahnı albommu, sinqlmı olacaq, klip çəkiləcək, ya yox planı qurulur. Tünzalə hamının “qanını içir”. Mənə kaprizli insan deyirlər. Amma anam deyir ki, işini səndən az bilən adını kaprizli qoyacaq. Çalışıram mükəməlliyyətçi yox, professional, qaydaların tələb etdiyini istəyirəm. Ağlaşma mahnılardan qaçıram. Çalışıram pozitivlik ötürüm. Sənət buna xidmət etməlidir. Kədərdirsə, ümid olmalıdır”.