-
- 22-03-2024, 21:12
- 270
ABŞ olmasa da əməliyyat keçirəcəyik – Netanyahu
İsrail Qəzza zolağının Misirlə sərhəddə yerləşən Rəfah şəhərində hərbi əməliyyat keçirmək planlarından əl çəkməyəcək.
News24.az Axar.az-a xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Baş nazir bildirib ki, İsrail hətta ABŞ-ın dəstəyi olmadan belə əməliyyata başlamağa hazırdır:
“Rəfaha girməkdən və orada qalan batalyonları məhv etməkdən başqa HƏMAS-ı məğlub etmək üçün heç bir yolumuz yoxdur. Ümid edirəm ki, ABŞ-ın dəstəyi ilə bunu edəcəyik, amma lazım gələrsə, bunu təkbaşına edəcəyik”.