Putin: "24 martı matəm günü elan edirik"
    • 24-03-2024, 09:30
    • 139

Putin: "24 martı matəm günü elan edirik"

Rusiyadan gələn xəbər dünyanı sarsıtdı.

News24.az xəbər verir ki, paytaxt Moskvada Crocus City Halldakı konsert zalına silahlı basqın edilib. Hücumla eyni vaxtda bina da yandırılıb. Ən azı 143 nəfərin həyatını itirdiyi, 146 nəfərin yaralandığı bildirilib. Rusiya mediası hücum edənlərin görüntüsünü paylaşarkən, ABŞ və İngiltərənin terror aktından əvvəl öz vətəndaşlarına etdiyi xəbərdarlıq gündəmə gəlib. Qırğına görə məsuliyyəti DEAŞ üzərinə götürdüyü halda, 11 nəfər saxlanılıb. Rusiya mənbələri saxlanılan 11 nəfərdən 4-nün hücumu həyata keçirən şəxslər olduğunu bildirib.

Rusiya prezidenti Putin qanlı hücumla bağlı ilk dəfə danışıb. Putin, “24 martı matəm günü elan edirik” deyib.

Günel Məlikzadə