Putin: “Düşmənlərimiz bizi parçalaya bilməyəcək”
    • 24-03-2024, 09:50
    • 131

Putin: “Düşmənlərimiz bizi parçalaya bilməyəcək”

Rusiya prezidenti Vladimir Putin Moskvada törədilən terror aktında 133 nəfərin həyatını itirməsindən sonra xalqa müraciət edib.

News24.az xəbər verir ki, Putin çıxışına başlayarkən terror aktında həyatını itirənlərin ailələrinə başsağlığı verib və təcili yardım qruplarına göstərdikləri səylərə görə təşəkkür edib.

Ölkə daxilində təhlükəsizlik tədbirlərinin artırılacağını bildirən Putin martın 24-də milli matəm elan edərək, "Yaxınlarını itirən hər kəsə dərin hüznlə başsağlığı verirəm. Bütün ölkə və bütün xalqımız sizinlə birlikdə ağrıdadır. Martın 24-nü milli matəm günü elan edirəm” dedi. 

Günel Məlikzadə