Torpaq sürüşməsi olub: 12 nəfər ölüb
    • 24-03-2024, 11:20
    • 563

Torpaq sürüşməsi olub: 12 nəfər ölüb

Braziliyanın Rio-de-Janeyro şəhəri və Espiritu Santo əyalətlərində güclü yağışların səbəb olduğu torpaq sürüşmələri olub.

News24.az xəbər verir ki, səlahiyyətlilər tərəfindən edilən açıqlamada, son 24 saat ərzində yağan güclü yağışlar səbəbindən çoxlu sürüşmə xəbərlərinin alındığı və bəzi bölgələrdə təxliyə işlərinə başlanıldığı bildirilib.

İndiyədək torpaq sürüşmələrində 12 nəfər həlak olduğu halda, bəzi insanların itkin düşdüyü bildirilir.

Qeyd edək ki, Rio-de-Janeyro şəhərində şiddətli tufan və tornado səbəbindən “fövqəladə vəziyyət” elan edilib.

Bildirilib ki, Petropolis şəhərində bəzi evlər dağılıb, 500 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

Mülki müdafiə və yanğınsöndürmə qrupları zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işlərinə başlayıb.

Meteorologiya xidmətinin verdiyi açıqlamada güclü yağış və tufanların bir müddət də davam edəcəyi bildirilib.

Günel Məlikzadə