-
- 24-03-2024, 17:30
- 241
Moskvadakı terrorda ölən və yaralananların bank borcları silinəcək
Rusiyanın 9 bankı “Crocus City Hall” terror aktı nəticəsində ölən və yaralananların kreditlərini siləcək.
News24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “VTB Bank”, “Alfa Bank”, “Sovcombank”, “Home Bank”, “Qazprombank”, “Tinkoff Bank”, “Uralsib”, “DOM.RF Bank” və “Poçta Bank” bu barədə məlumat yayıblar.
Qeyd edək ki, martın 22-də Moskvadakı “Crocus City Hall”da terror aktı törədilib. Son məlumata görə, terror aktı nəticəsində 133 nəfər ölüb, 154 nəfər yaralanıb.