"Toppuş bacı"nın əri: "Həyat çox acımasız olur"
    • 1-08-2018, 10:15
    • 2 324

"Toppuş bacı"nın əri: "Həyat çox acımasız olur"

Xəbər verdiyimiz kimi, Toppuş bacı ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyinə tutulub. 

Ötən gün əməliyyat olunan T.Əliyevanın həyat yoldaşı Röyal şəxsi instagram hesabında Mahsun Kırmızıgülün "Belalım" mahnısını paylaşaraq bu sözləri yazıb:

"Bəzən həyat çox acımasız olur. Bəzən isə sən çox aciz olursan və sevdiklərinə kömək edə bilmirsən. Tez qayıt xahiş edirəm. Allah ömrümdən kəsib, sənin ömrünə calasın. Amin!"