“Röya başqa nə başsağlığı versin?” – Aygün Bəylərin ailəsinə cavab
    • 26-03-2024, 17:48
    • 508

“Röya başqa nə başsağlığı versin?” – Aygün Bəylərin ailəsinə cavab

Mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova qonaq olduğu "O üz" verilişində Xalq artisti Röya Ayxanın onlara başsağlığı verməməsindən şikayətlənib. 

News24.az mövzu ilə bağlı Xalq artisti ilə əlaqə saxlayıb. Röyanın media meneceri Elvin Elxan saytımıza açıqlamasında bunları deyib:

“Röya xanım sosial media hesabının stori bölməsində  Aygün Bəylərin ölümü ilə bağlı paylaşım edib, ailəsinə başsağlığı verib. Qəbri üstünə də əklil göndərib. Allah rəhmət etsin” də deyib.  Bundan başqa nə başsağlığı versin?”

Könül İbrahim