Qəzzada can itkisi 32 mini keçdi
    • 26-03-2024, 20:45
    • 200

Qəzzada can itkisi 32 mini keçdi

Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 172 gündür davam edən hücumları ilə bağlı məlumat verilib.

News24.az xəbər verir ki, İsrail qüvvələrinin Qəzza zolağına qarşı son 24 saatda təşkil etdiyi hücumlarda daha 81 fələstinlinin həyatını itirdiyi, 93 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 32 min 414, yaralıların sayının isə 74 min 787-yə çatdığı bildirilib.

Açıqlamada dağıntılar altında, yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Günel Məlikzadə