“AtaBank” "Formula 1" yarışları zamanı fasiləsiz xidmət göstərəcək
    • 26-04-2019, 13:07
    • 1 147

“AtaBank” "Formula 1" yarışları zamanı fasiləsiz xidmət göstərəcək

"AtaBank" ASC Bakıda növbəti dəfə təşkil olunan "Formula 1" Azərbaycan Qran Prisi zamanı iş rejimi ilə bağlı məlumatı diqqətinizə çatdırır.

News24.az xəbər verir ki, bankın aşağıdakı filialları 27-28 Aprel tarixlərində saat 09:00-dan–18:00-dək xidmət göstərəcək:
  • “Bakı” filialı: Neftçilər pr., 67; Tel: (012) 437 23 71, 437 23 72
  • “Sahil“ şöbəsi: Puşkin küç. 9; Tel: (012) 598 11 36
Filialların xüsusi iş rejiminə keçidi "Formula-1" Azərbaycan Qran-Prisi zamanı həm yerli müştərilərə, həm də şəhərin qonaqlarına keyfiyyətli və fasiləsiz xidmət göstərmək məqsədi daşıyır.

25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.