Simonyanla Sahibə Qafarova arasında növbəti görüş - Tarix
    • 28-03-2024, 23:31
    • 199

Simonyanla Sahibə Qafarova arasında növbəti görüş - Tarix


Azərbaycan və Ermənistan parlamentlər səviyyəsində təmaslara başlayacaq.

News24.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan İctimai Televiziyaya müsahibsəində bildirib.

“Dedim ki, bu məsələni fraksiyamız və komandamızla müzakirə etməliyəm. O da 9 Sahibə Qafarova - red.) bu məsələni ölkəsində müzakirə etməyə hazır olduğunu bildirdi və biz növbəti görüşlə bağlı razılığa gəldik”, - deyə erməni spiker bildirib.

Onun sözlərinə görə, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə növbəti görüş böyük ehtimalla mayın ortalarında baş tutacaq.