Narkomaniyanı təbliğ edən daha bir meyxanaçı HƏBS EDİLDİ
    • 26-04-2019, 14:22
    • 1 045

Narkomaniyanı təbliğ edən daha bir meyxanaçı HƏBS EDİLDİ

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərinin haqlı narazılığına və etirazına səbəb olmuş, narkomaniyanın təbliğinə həsr olunmuş musiqili meyxanalar ifa edən, rayonun Sarov kənd sakini, 25 yaşlı İlkin Hüseynli saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilmiş, İ.Hüseynli İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib.