"Xankəndidə qalan ermənilər var" - Deputat
    • 29-03-2024, 11:28
    • 180

"Xankəndidə qalan ermənilər var" - Deputat

Dünən məlumat yayıldı ki, Ombudsman Səbinə Əliyeva Xankındi şəhərinin erməni sakinləri ilə görüşüb. Bu göstərir ki, Azərbaycan milliyətindən asılı olmayaraq öz vətəndaşlarına diqqət göstərir. 

News24.az  xəbər verir ki, bunu Milli Məclisin 29 martda keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsinin müzakirəsi zamanı millət vəkili Aydın Mirzəzadə deyib. 

Millət vəkili bildirib ki, ermənilər inkar etsə də, Xankəndidə qalan ermənilər var:

«Ermənistanın insan hüquqları üzrə müvəkkili isə Vətən müharibəsi dövründə və ondan sonrakı dövrdə Ermənistanın işğalçılıq siyasətini dəstəkləyib. Fransız qəzetlərinin birində məlumat var idi ki, Makron Ermənistanı müdafiə edir, ancaq nəticəsi yoxdur. Bəli, nəticəsi olmayacaq.»