Tacikistanda Krokus-la bağlı 9 nəfər SAXLANILDI
    • 29-03-2024, 16:26
    • 261

Tacikistanda Krokus-la bağlı 9 nəfər SAXLANILDI

Tacikistanın paytaxtı Düşənbədə “Krokus Siti Holl”dakı terror aktını törədənlərlə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Tacikistanın xüsusi xidmət orqanlarındakı mənbə bildirib.

"Martın 22-də “Krokus Siti Holl”dakı terror aktını törədənlərlə əlaqə saxladıqları üçün Vəhdət rayonunun 9 sakini saxlanılıb", - agentliyin mənbəsi bildirib.

Tacikistanda saxlanılanlar İŞİD-lə əlaqədə də şübhəli bilinir.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Krokus Siti Holl”da terror aktı baş verib. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb. Son məlumatlara görə, ölənlərin sayı 144 nəfərə çatıb.//Musavat.com